Sərnişin qatarı evə çırpıldı: ölən və yaralananlar var

Ölənlər mənzildə yaşayanlardır

Yunanıstanda Avina-Saloniki sərnişin qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. İstiPress RİA-ya istinadən xəbər verir ki, bu barədə TRAINOSE dəmir yolu şirkətinin açıqlamasında bildirilir.

Qatarda 70 sərnuşin və 5 heyət üzvü olub.

“Intercity 58” sürət qatarı yerli vaxtla “21.45-də (Bakı vaxtı ilə 22.45-də) Soloniki şəhərindən 40 km məsafədə Adendros stansiyası yaxınlığında indiyədək məlum olmayan səbəblərdən relsdən çıxıb.  Nəticəsə lokomotiv ərazidə yerləşən evə çırpılıb.

Qəza yerin Yanğınsöndürmə briqadasının 21 maşını, 60 nəfər canlı qüvvəsi elcə də polis və təcili yardım briqadaları cəlb olunub.

Məlumata görə, ölən və yaralananlar mənzildə yaşayan şəxslər olub.

Dosye.az

COMMENTS