Top.Mail.Ru

Sərxoş halda bağçaya gəldi – 6 yaşlı uşağı öldürdü

Sərxoş halda bağçaya gəldi – 6 yaşlı uşağı öldürdü

Rusiyanın Naryan-Mar şəhərində bıçaqlı şəxs uşaq bağçasına girərək uşaqlardan birini öldürüb.

Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, ölən uşağın 6 yaşı olub.

İstintaq Komitəsinin məlumatına görə, uşaqların nahardan sonra yatdığı zaman bağçaya soxulan kişi uşağa bıçaqla ölümcül zərbə endirib və o, yerindəcə keçinib. Şübhəli şəxs – 36 yaşlı yerli sakin dərhal saxlanılıb. Onun içkili olduğu müəyyənləşib. Cinayətin motivlərini hüquq-mühafizə orqanları müəyyənləşdirir.

Müstəntiqlər azyaşlının öldürülməsi ilə bağlı cinayət işi açıb. Bağça əməkdaşları və mühafizəçiləri isə təhlükəsizlik tələblərinə cavab verməyən xidmət göstərdiklərinə və səhlənkarlığa görə məsuliyyətə cəlb olunacaq.

DOSYE.ORG

COMMENTS