Sərxoş prokuror yol polisindən qaçmaq istədi: Vəzifəsindən oldu

Lvovda prokurorluğun istintaq bölməsi rəisinin müavini Andrey Ostaşevski içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə yol polis əməkdaşları tərəfindən saxlanılıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, prokurorluğun sərxoş əməkdaşını avtomobilini qoyub hadisə yerindən uzaqlaşmağa çalışarkən fəallar görüblər.

İnsident iyunun 27-də baş verib. Videodan görünür ki, Andrey Ostaşevski yol polislərindən qaçır. Ostaşevskinin bu hərəkətindən xəbər tutan prokurorluq onu vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib. Bundan başqa, onun rəisinə töhmət də verilib.

COMMENTS