Sərxoş sürücü DYP maşınına çırpıldı, maşını aşdı

Sərxoş sürücü DYP maşınına çırpıldı, maşını aşdı

Bakıda yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Belə ki, “Nargilə” restoranının qarşısında yüksək sürətlə hərəkətdə olan avtomobil əvvəlcə minik avtomobili ilə toqquşub. Daha sonra DYP avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb.

İlkin ehtimala görə, qəzaya sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.

DOSYE.ORG

COMMENTS