Səudiyyə Ərəbistanında 3 iranlı edam olunub

Səudiyyə Ərəbistanında 3 iranlı edam olunub

Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi narkotik qaçaqmalçılığında günahlandırılan 3 İran vətəndaşının bu ölkənin şərqindəki Dammam şəhərində edam edildiyini açıqlayıb.

Edam edilən şəxslərin dəniz yolu ilə yüksək miqdarda xaşxaş gətirməyə cəhd etdikləri bildirilib.

“Əl Alem” agentliyinin xəbərinə görə, edamların ardından Səudiyyə Ərəbistanının diplomatik təmsilçiliyinin nümayəndəsi İranın Xarici İşlər Nazirliyi çağırılıb və hadisə ilə bağlı sərt etiraz edilib.

COMMENTS