Səudiyyə Ərəbistanında İŞİD-lə əlaqəyə görə 400-dən çox adam tutuldu

Səudiyyə Ərəbistanından 431 nəfər “İraq Şam İslam Dövləti” terror təşkilatına üzvlüyə görə həbs edilib. Musavat.ciom xəbər verir ki, məlumatı “Al Arabiya” yayıb.

Saxlanılanların əksəriyyəti Səudiyyə Ərəbistanı, digərləri isə Yəmən, Misir, İordaniya, Əlcəzair, Çad və digər ölkələrin vətəndaşlarıdır. Səudiyyə DİN-in məlumatına görə, tutulanlardan bəziləri ölkə ərazisində terror altı planlaşdırırmış.

Musavat.com

COMMENTS