“Bu tip hərəkətlər Azərbaycanın nüfuzuna ciddi zərər vurur”
“Ümumiyyətlə, insanı aşağılayan üsulların tətbiqi yolverilməzdir”. Bunu Dosye.org-a açıqlamasında müsavatçı, Demokratik Rifah Hərəkatının təsisçilərindən olan Səxavət Əlisoy İntiqam Əliyevin dəmir barmaqlıqlardan çıxarılması ilə bağlı verilən qərara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, indi 21-ci əsrdir və “insan” faktoru ön sırada dayanır: “Bir müddətdən sonra jurnalistlərin bu tipli suallarla verməsinə ehtiyac qalmayacaq. Çünki, İntiqam bəy fədakar insandır, savadlı hüquqşünasdır. Əminəm ki, hakim kreslosunda İntiqam bəy otursaydı, məhkəmələrdən dəmir barmaqlığı biryolluq yığışdırmaq üçün məsələ qaldırardı”.
Səxavət Əlisoy daha sonra Əli İnsanovun həbs müddətinin bitməsinə rəğmən azadlığa buraxılmaması məsələsinə də toxundu: “Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan izolyasiya olunmuş dövlət deyil. Bu tip hərəkətlər Azərbaycanın nüfuzuna ciddi zərər vurur”
Ülkər Musazadə
Dosye.org
COMMENTS