Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində şöbə rəisi bazar açıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində şöbə rəisi bazar açıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrin birində böyük rüşvət faktı ilə bağlı dosye.org-a məlumat daxil olub.

Belə ki, həmən rayonun şöbə rəisi ondan çox gənci saxta yollarla “yararsız” edib. Əlbətdə ki, məlumatın tam dəqiqliyindən sonra şöbə rəisin adını və soyadını oxuculara təqdim edəcəyik. Digər bir məlumatda isə bildirilir ki, saxtakar şöbə rəisin polis oğlu iki nəfərdən 8 min manat alaraq onları həqiqi hərbi xidmətdən yayındırmağına vədlər verib. Onuda nəzərinizə çatdırak ki, dələduzluğa məruz qalan şəxslər Bakı şəhər sakinləridir. Ata rayonda, oğul isə Bakıda cinayət əməlləri ilə məşğuldur. Daha ətraflı növbəti yazılarımızda izləyə bilərsiniz.

DOSYE.ORG

COMMENTS