Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində şıdırğı alver

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində şıdırğı alver

Son günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində qalmaqal səngimək bilmir.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Mənbəmiz iddia edir ki, özünü huri mələk kimi cəmiyyətə sırıyan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi postuna təyinat alan polkovnik-leytenant Nizami Nəbiyev, Cəlilabad gənclərinin bir neçəsini həqiqi hərbi xidmətdən yayındırıb.

Hətda məlumatlarda o da vurğulanır ki, şöbə rəisi həmən gənclərin valideyinlərinin qarşısına elə bir ağlasığmaz şərt qoyub ki, onu sözlə ifadə etmək mümkün deyil. Axı kimdir Nizami Nəbiyevə bu şəraiti yaradan? Ağız dolusu ilə vətənpərvərlikdən danışan, “lazım gəlsə döyüşə getməyə hazıram” söyləyən neçə ola bilər ki, müharibə şəraitində yaşayan bir ölkənin gənclərini öz şəxsi maraqlarına qurban versin?

Cəlilabad rayonu bir növ cənub bölgəsinin QƏHRƏMANLAR rayonu kimi tarixə iz qoyub. Bu barədə kifayət qədər faktlarla danışmaq olar. Əfsüslər olsun ki, bir zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovu mətbuata qurban verən şəxs bu gün meydan sulayır.

Yəni, gənclərimizin hərbi xidmətdən yayınmağına şərait yaradır. Digər tərəfdən onu deyə bilərik ki, yaradılan şərait böyük məbləğdə başa gəlir. Dosye.org olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova  üç sual ünvanlayırıq.

 

  1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi postuna təyinat alan polkovnik-leytenant Nizami Nəbiyev, nə üçün qanunları rüşvətə qurban verir?
  2. Cəlilabad rayonuna şöbə rəisi təyin olan gündən “yararsız” axtarışında olan şöbə rəisinin əməllnə zaman araşdırılacaq?
  3. “ALMA” restoranında “Arzu Rəhimovun intim videosunu yayaram” deyən Nizami Həbiyev nə üçün şantaj əməlinə görə cəzasiz qaldı?

 

DOSYE.ORG

COMMENTS