Səfir Azərbaycanın mövqeyini Rusiya XİN-ə çatdırdı

Səfir Azərbaycanın mövqeyini Rusiya XİN-ə çatdırdı

Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşdə, həmçinin iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclası, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiyada tədbirlərin keçirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Azərbaycanın Rusiyadakı səfirliyindən Modern.az-a bildiriblər ki, görüşdə M.Qaluzin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fevralın 27-28-də Bakıya səfəri zamanı göstərilən qonaqpərvərliyə və keçirilmiş dolğun, məhsuldar görüşlərə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.

Söhbət zamanı əməkdaşlığın vəziyyəti və perspektivləri, iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsinə dair müzakirələr aparılıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırıb, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırıb.

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə də toxunulub.

COMMENTS