Səfirlik erməni hücumu ilə bağlı məlumat yaydı

Səfirlik erməni hücumu ilə bağlı məlumat yaydı

Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi məlumat yayıb.

“​Bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müxtəlif dərəcəli xəsarətlər alıblar. Soydaşlarımızın vəziyyəti hazırda stabildir, bir soydaşımız xəstəxanadadır.

​Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata görə, cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətcə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.

​Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal Səfirliyi məlumatlandırılıb.

​Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək”, – məlumatda bildirilib.

DOSYE.ORG

COMMENTS