Şəhid anası Ordumuza 7000 manat ianə etdi

Şəhid anası Ordumuza 7000 manat ianə etdi

Bu günlər bütün Azərbaycan cəmiyyəti şanlı Ordumuza dəstək aksiyalarına səfərbər olub.

Müxtəlif qurumlarla yanaşı, ölkəmizdə və xaricdə yaşayan soyfaşlarımız tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edilir.

İanələrin məbləği və sahibləri müxtəlif olsalar da, ünvan eynidir: şanlı ordumuza dəstək üçün Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondu.

Modern.az yazır ki, bu günlərdə bir şəhid anası Silahlı Qüvvələrə Yardım Fonduna 7000 manat ianə edib. Adının çəkilməməsi arzusuna əməl edərək şəhid anamızın kimliyini demirik. Qəhramanın oğulun Qəhraman anası deyir ki, yardımın əsas məqsədi Silahlı Qüvvələrimizin daha da güclənməsinə dəstək olmaqdır: “Həm də səbrim çatmır, istəyirəm oğlunun şəhid olduğu yer daha tez azad edilsin!”.

Həmin köçürmənin qəbzini təqdim edirik.

DOSYE.ORG

Şəhid anası Ordumuza 7000 manat ianə etdi

COMMENTS