Şəhid atanın şəhid oğlu

Şəhid atanın şəhid oğlu

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan ordusunun zabiti Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda həlak olub

 

Dünən şəhid olan zabitimiz, leytenant Baxışlı Allahverdi Әbülfәz oğlu torpağa tapşırıldı.

Şəhid doğulduğu Hacıqabul rayonunda dəfn edildi.

Erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində dünyasını dəyişən 23 yaşlı şəhidimizin atası Əbülfəz Baxışlı 20 il əvvəl birinci Qarabağ müharibəsində şəhid olub. Allahverdi evin tәk oğlu idi. Anası vә bacısından ibarət olan ailə başsız qaldı.

Xatırladaq ki, sentyabrın 27-də saat 10.25 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Düşmən tərəfindən atılan atəşdən Silahlı Qüvvələrimizin 1991-ci ildə Hacıqabul rayonunda anadan olan zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.(ans press)

COMMENTS