Şəkidə baldızlar gəlini VƏHŞİCƏSİNƏ DÖYDÜ – Başında…

Şəkidə baldızlar gəlini VƏHŞİCƏSİNƏ DÖYDÜ – Başında…

Şəkidə 40 yaşlı qadın baldızları tərəfindən döyülüb.

Dosye.org-un məlumatına görə, rayonun Kiş kənd sakini, 1978-ci il təvəllüdlü Mətanət Sabir qızı Nəbiyeva axşam saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə daxil olub. Müayinə zamanı xəstəyə başın küt travması və sağ təpə nahiyyəsinin dərialtı hemotoması diaqnozu qoyulub.

Xəstəxanadan bildirilib ki, 40 yaşlı M.Nəbiyeva baldızları tərəfindən döyüldüyünü bildirib. Hazırda xəstə həkim tərəfindən müayinə olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Dosye.org

COMMENTS