Şəkidə baş həkimin dərman bazarlığı xəstələrin ölümüilə nəticələnir-

Şəkidə baş həkimin dərman bazarlığı xəstələrin ölümüilə nəticələnir-

İfadetv.com saytının baş redaktorun müavini, araşdırmaçı jurnalist Məmməd Əhmədoğluna son 3 ayda iki dəfə ağır itki vermişdir. Çox təəssüflər olsun ki, Məmməd müəllim həkim səhlənkarlığı, səbatsızlığı və baş həkimin dərman biznesi səbəbindən əziz insanlarını itirmişdir. Cəmiyyətdə sadə ziyalılar kimi tanınmış Simuzər və Əhməd müəllimə uca Allahdan rəhmət diləyir, qəbirləri nurla dolsun deyirik. Hər iki ziyalının sadəcə səhlənkarlıq və səbatsızlıq səbəbindən ölümünü cəmiyyətimizin itkisi hesab edirik. Başınız sağ olsun, Məmməd müəlim! İnanırırq ki, bu gündən sonra da haramzadalara, simasızlara, şəxsiyyətini pula satanlara, rüşvətxor ünsürlərə qarşı daha da amansız formada mübarizənizi davam etdirəcəksiniz. Məmməd müəllimin valideyn itkilərilə bağlı apardığı araşdırmaların nəticəsində onun cənab prezidentə ünvanladığı əhəmiyyətli müraciətini oxucularımızın diqqətinə çatdırırıq:

 

 Cənab Prezident! Müstəqil mətbuatda çalışdığım dövrdə həmişə əsas vaxtımı  ictimai və dövlət əhəmiyyətli məsələlərin araşdırılmasına həsr etmişəm. Əsasən irimiqyaslı korrupsiya və qanunpozuntusu hallarının vaxtında qarşısının alınması üçün apardığım araşdırmaları ictimaiyyətə və aidiyyatı orqanlara təqdim etmiş, beləliklə də müstəqil dövlətimizə qarşı  bütün sahələrdə planlaşdırılan iqtisadi sabotajların qarşısını nisbətən almağa çalışmışam. Güman edirəm ki, buna qismən də olsa nail omuşam. Lakin çox təəssüflər olsun ki,  cəmiyyətdə yaxşı müəllimlər kimi ad almış, 2004-cü ildə Təhsil naziri olmuş M.Mərdanov tərəfindən şəxsən Nazirliyin “Fəxri Fərmanı”ilə təqdim olunmuş, həyatları boyu ictimai fəaliyyətlə məşğul olmuş, ehtiyacı olanlara mənəvi köməkliklər göstərmiş, həyatlarının birlikdə 106 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş valideynlərim Simuzər Məmmədova və Əhməd Həmidovu son 3 ay ərzində həkim səbatsızlığı və səhlənkarlığı ucbatından itirmişəm. Hazırda mən ardıcıl baş vermiş valideyn itkilərinin acısını yaşayır və hələ də özümə gələ bilmirəm. Axı biz dünyanın harasında yaşayırıq ki, anamın ağır nəfəs almasını, tövşüməsini Şəki Mərkəzi Xəstəxanasının kardioloqu Əflatun həkim “İnfarkt” diaqnozu qoyaraq onu reanimasiya şöbəsində səhv müalicə edir? Əvvəlcə mayın 17-də özünü pis hiss edərək Əflatun həkimin qəbuluna gətirildiyi zaman həkim vicdansızcasına ona 7 növ ağrıkəsici aptekdən alınıb vurulmasını və gətirildiyi taksilə kəndə aparılmasını bildirmişdir. Həmin günün axşamı anamın vəziyyəti yenidən  pisləşdiyinə görə onu təcili yardım avtomobililə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirmişlər. Yenidən Əflatun həkimin, reanimasiya şöbəsinin müdir və həkimlərinin səhv qoyduqları infarkt diaqnozu üzrə müalicə aparıblar.( bütün dərmanlar öz hesabımıza alınırdı) Müalicənin heç bir xeyri olmadı. Çünki adi həkim səviyyəsi olsaydı, xəstənin fasiləsiz tövüməsini nəzərə alaraq rengen müayinəsi etdirərdilər. Səhv müalicədən sonra xəstəni Respublika Klinik Xəstəxanasına gətirdik. Həkim Sevil Abbasova bildirdi ki, xəstə səhv müalicə olunub, tamoqrafiya göstərdi ki, hər iki ağciyərə su yığılıb və kiçik damarlarda tromblaşma var. Onun ürəyində infark olmayıb.” Lakin artıq gec idi 1 həftə əsas xəstəliyə- ağ ciyərdə plevritə qarşı antibiotik dərmanlardan istifadə etmək əvəzinə, ürəyə qarşı müalicə dərmanları xəstənin vəziyyətini ağırlaşdırmış və 7-ci gün xəstə komaya girmiş və 25 may 2019-cu ildə vəfat etmişdir. Eləcə də atam Əhməd Həmidov 21 avqustda təzyiqi qalxmış, qonşuların ilkin tibbi yardımından sonra vəziyyəti stabilləşmişdir. Sonradan Şəki RMX-dan gələn tibbi yardım avtomobilinə özü yeriyərək minib  xəstəxanasına yola düşmüşdür. Iki sutka reanimasiya şöbəsində müalicə almışdır. Yenə də həkimin yazdığı bütün şpris və dərmanları özümüz alıb tibb bacısına təqdim etmişik.

Ağ geyimli simasızların məhv etdikləri dəyərli ziyalılar,Simuzər Məmmədova və Əhməd Həmidov 

Lakin Eyyub həkimin dediyi kimi xəstənin tərpənməsinə və danişmasına imkan verməmək üçün ona sakitləşdirici və yuxugətirən iynələr vurulmalıdır məsləhətinə baxmayraq reanimasiya şöbəsində vəziyyəti xəstəxanada hər saat  ağırlaşan xəstəyə heç bir sakitləşdirici iynə-dərman verilməmişdir. Biz iki oğul da Şəkinin bütün apteklərindən axtarsaq da belə sakitləşdirici və yuxugətirən iynələri tapa bilməmişik. Adının çəkilməsini istəməyən tibb işçisi bizə bildirmişdir ki, siz belə iynəni apteklərdən tapa bilməzsiniz. O elə xəstəxananın özündə olur. Mən mayın 23-də Xəstəxanın baş həkimin müavini olan Knyaz həkimlə danışıb İcra hakimiyyətinə və yenidən Səhiyyə Nazirliyinə dərman bazarlığı barədə şikayət edəcəyimi bildirdim. Knyaz həkim əvvəlcə məsələyə saymazcasına yanaşsa da, fikrimin qəti olduğunu bilib Sərxan həkimə zəng edəcəyini və lazım olan iynənin atamız üçün təşkil olunacağını bildirdi. Saaat 12 radələrində nəhayət 2 sutka qollları və qıçları bağlı vəziyyətdə saxlanan, baş ağrısının şiddətindən fasiləsiz qışqıran xəstəyə nəhayət sakitləşdirici iynə vurub yatızdırdılar. 9 saatdan sonra isə atamız qəfil rəhmətə getdi. Rəhmətlik yaşına görə sağlam adam idi. 2 gün əvvəl beyin tamoqrafiyasının nəticələrinə əsasən də həkimlər bildirmişlər ki, insult olmasa da beyində ocaqarın sayı nisbətən artmışdır. Sakit vəziyyətdə müalicə olunarsa 3-4 günə bərpa oluna bilər. Bu da nəticə.

Şəki RMX-nın pulsuz xəstələri 50 manata görə girov saxlayan MRT otağı 
 

Mən qardaşımla Bakıdan Şəki Xəstəxanasına çatanadək atamızın baş-beyin hissəsinin MRT aparatında müayinə ediblər. MRT qurtardıqdan sonra isə xəstəni girov saxlayıblar ki, 50 manat pul ödənilməsə heç yerə gedə bilməzsiniz. Yaxşı ki, əmioğlum Mehmanda təsadüfən bu qədər pul olub. Verib xəstəni girovluqdan azad edib reanimasiyaya yerləşdiriblər. Biz xəstənin yanına çatdıqda isə o narahat formada sərbəst danışırdı. Lakin vəziyyəti həmin gecə qəfil pisləşmiş və səhərə qədər digər xəstələrə də mane olaraq palatada gəzməyə başlamışdır. Əgər Şəki Mərkəzi Xəstəxanasının rəhbəri Azərbaycanın digər xəstəxanalarında olduğu kimi ən vacib yer hesab olunan reanimasiya şöbəsini heç olmasa ən vacib və ən sadə dərman preparatları ilə təchiz etsəydi, istər ağır, istərsə də adi vəziyyətdə bu şöbəyə yerləşdirilən xəstələrin də müalicəsi effektli olardı.

Dövlətin dərmanlarını xəstələrdən gizlətməklə onların ölümünə səbəbkar olan baş həkim Elçin Əmirov

 Lakin çox təəssüflər olsun ki, son illər reanimasiyaya daxil olan xəstələrin 70-80 faizi ən vacib dərmanla təcili təmin edilmədiyinə görə şüurlu surətdə məhv edilirlər. Statistikaya diqqət yetirmək kifayət edər ki, ən müasir tipli Şəki Rayon Xəstəxanasında xəstələrin heç birinə heç bircə şpris belə verilmir.  Mən, mayın 23-də səhər saat 11-20-də baş həkimin müavini Sərxan həkimin qəbulunda olarkən sual verdim ki, niyə reanimasiya şöbəsində bizə bir gündə 2 eyni resept yazılır və ən adı şpiris və rezin şlanqlar da daxil edilir. Doğrudanmı müasir xəstəxana belə acınacaqlı duruma düşmüşdür? Cavab verdi ki, gələn ildən səhiyyə sistemi sığorta ödənişli olacaq. Ona görə də dövlət hesabına dərman təchizatı dayandırılır. Amma biz baş həkim müavinini nağıllarına xəstə atamıza görə məcbur qulaq asmaq zorunda qalsaq da, xahiş etdik ki, təcili tələb olunan dərman verilsin. O razılıq versə də, artıq gec idi. Xəstə, Eyyub həkimin  də dediyi kimi tərpənməz halda müalicə olunmaq əvəzinə, sakitləşdirici dərman verilməmiş, nəticədə müalicənin təsiri olmamış, əksinə nisbətən sağlam vəziyyətdə  xəstəxanaya gətirilmiş xəstənin durumu ağırlaşmışdır. Budr, avqustun 27-də Şəkinin Keşməli kəndində toy mərasimində 70 nəfər zəhərləndiyi üçün xəstələr Şəki Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Yenə də eyni oyun, eyni hava. İstər reanimasiya, istərsə də digər palatalarda yatan xəstələrə öz hesablarına dərmanlar alıb gətirmələri tövsiyə olunmuşdir. Deməli, belə çıxır ki. kimin dərman almağa pulu olmasa xəstəsi ölməlidir. Və çox təəssüfləndici haldır ki, belə də olur və davam edir. Dərman almağa pul tapmayan kasıblar öz əzizlərini göz görə görə itirir və ömür boyu vicdan əzabı çəkirlər. Əslində isə vicdan əzabını 05 may 2018-ci ildə Şəki Mərkəzi Xəstəxanasına təyin olunmuş baş həkim Elçin Əmirov çəkməlidir. Əgər varsa.

 

  Cumhuriyyet.net saytının 18 iyul 2019-cu il tarixli saytında “Şəkidə səhiyyə korrupsiyası” başlıqlı araşdırma məqaləsində Şəki səhiyyəsində törədilən korrupsiya hallarının 25 faizi faktlara əsasən çox düzgün olaraq qeyd edilmişdir:

 

 “Şəkinin səhiyyə sisteminin bərbad durumda olması barədə müxtəlif faktlar təqdim olunmaqdadır. Qeyd edək ki, saytımızda biz artıq Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində yer almış müxtəlif neqativ hallardan bəhs edən bir neçə tənqidi material dərc etmişik. Bu xüsusda aldığımız məlumatlarda ilk növbədə Şəki RMX-nın baş həkimi Elçin Əmirovun törətdiyi çeşidli korrupsiya hallarından bəhs edilir. Bildirilir ki, baş həkim bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələtinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradıb. Daha sonra, açıqlamalarda rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən birinin tibb müəssisələrinə dərmanların alınmasında şişirdilmiş qiymətlər olduğu göstərilir. Həmçinin məlumatlarda qeyd olunur ki, Şəki RMX-da Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Halbuki, bu ehtiyaclar üçün dövlət tərəfindən hər il külli-miqdarda xəsait ayrılır. Bunun müqabilində isə, əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır.

Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Şəki rayon mərkəzi xəstəxanasında baş həkimin əsas yardımçıları onun müavinləri Sərxan və Knyaz həkimdir. Əsas pul mənbəyi isə UZİ kabinetində toplanır ki, bu prosesə də Esmira Cəlilova rəhbərlik edir. Digər tərəfdən də, bir müddət əvvəl Şəkidən aldığımız məlumatlarda Elçin Əmirov rayon səhiyyəsinə ayrılan külli-miqdarda dövlət vəsaitlərinin də mənimsənilməsində ittiham olunurdu: “Şəki səhiyyəsinə ayrılan vəsaitlərin silinməsinə nəzər yetirdikdə, əslində yarasız kənd sahə xətəxanalarının və tibb məntəqələrinin hesabına hər il yüz minlərlə manat vəsaitlərin silinərək mənimsənildiyi üzə çıxır. Son bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasına 1,3 milyon manatdan çox vəsait ayrılıb. Həmin vəsaitin böyük hissəsi əsaslı və cari təmir işləri, avadanlıq və inventarların, ərzaq mallarının alınması, mətbəə xidmətləri və digər xərclər bəhanəsilə mənimsənilib. Sənədlərdə təkcə bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının nə az, nə çox, tam 105 min manatlıq dəftərxana ləvəzimatları işlətməsi qeyd olunub. Kəndlərdə tibb ocaqları uçuq-sökük daxmalardan ibarət olan Şəki Rayon Mərkəzi Xəstəxanasının bir ildə yüz min manatdan artıq dəftərxana ləvazimatının işlətməsi doğurdan gülünc görününr və bu, açıq korrupsiya faktı kimi dəyərləndirilə bilər…” Yeri gəlmişkən, bu günlərdə redaksiyamıza yeni daxil olmuş açıqlamalarda, bütün bu maxinasiyalarda Elçin Əmorovun arxasında duran əsas şəxsin Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova olduğu iddia olunur. Mənbə bildirir ki, məhz RİH-nin şöbə müdirinin himayəsinə güvənərək, bəzən isə hətta birbaşa onun göstərişlərinə əsaslanaraq, Şəki RMX-nın baş həkimi bütün bu özbaşınalıqlara yol verir. Qeyd olunduğu kimi, bu gün Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası, Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinik şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi fəaliyyət göstərir. Mənbələr isə iddia edirlər ki, bütün bu səhiyyə müəssisələrində “ölü canlar” təcrübəsinin tətbiqi, dərman spekulyasiyaları, rüşvət yığımları və bir çox digər qanun pozuntuları davamlı olaraq həyata keçirilməkdədir…”

əllif: Musayev Vüqar Rəcəb oğlu, “Dünya Kriminal”

 

 

 

COMMENTS