Şəkidə dağlıq ərazidə baş verən yanğın davam edir

Şəkidə dağlıq ərazidə baş verən yanğın davam edir

İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edir

Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın davam edir.

Aznews.az xəbər verir ki, bu gün günorta saatlarından rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə başlayan yanğın hələ də davam edir.

İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edir.

Ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar və qurumuş ağac kötükləri yanır.

COMMENTS