Şəkidə daha bir avtomobil qəzası

Şəkidə daha bir avtomobil qəzası

Bu gün saat 18:00 radələrində Şəkinin Sülh küçəsi ilə Çexov küçəsinin kəsişməsində qəza baş verib.

 

Şəki rayon Cuma kənd sakini Elnur Şəhmirovun idarə etdiyi “Mercedes” markalı avtomobil Teymur Cumayevin idarə etdiyi “İsuzu” markalı xırda tutumlu yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, Mercedes” markalı avtomobillə ciddi ziyan dəyib. İlkin ehtimallara görə qəzaya səbəb “Mercedes” markalı avtomobilin yük maşınının qarşısına çıxması olub.

Faktla bağlı Şəki DYPİ-də araşdırma başladılıb.

COMMENTS