Səmədağa Şıxlarovun öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR

Səmədağa Şıxlarovun öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR

 

Səmədağa Şıxlarovun öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR
Dünən günorta saatlarında “Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı bağlı cinayət işi başlanıb.

Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları davam edir.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1 iyun 2021-ci il trixində saat 13:45-də Azadlıq prospektində “Chevrolet” markalı 99 OY 985 dövlət qeydiyyat nişanlı avtomobillə, 99 LK 110 dövlət qeydiyyat nişanlı “Lada priora” toqquşub. Bu zaman idarəetmədən çıxan “Chevrolet” prospektin kənarında piyada hərəkətdə olan 1955-ci il təvəllüdlü Səmədağa Şıxlarovu vurub. O, aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, S.Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində “Neftçi” “Xəzər Sumqayıt”, “Avtomobilçi”, “MOİK Kiyev”, “Kəpəz” və “Çıraqqala Siyəzən” komandasında çıxış edib. Keçmiş forvard 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.

S.Şıxlarov 2004-cü ildə “Neftçi-2″nin, bir il sonra isə “Şirvan”ın baş məşqçisi olub. Mütəxəssis 2006 – 2008-ci illərdə “Olimpik”də, 2008-ci ildə “Neftçi” və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.

Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasında çalışıb.

Səmədağa Şıxlarov bu gün Şirvan şəhərində valideynlərinin yanında torpaşa tapşırılıb.

COMMENTS