Səmra yenə iddialı geyimdə şəkil paylaşdı: “Guya vecimədir”

Səmra yenə iddialı geyimdə şəkil paylaşdı: “Guya vecimədir”

“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli yenə də geyimi ilə gündəm olmağı bacarıb.

Müğənni “Altın kelebek” mükafatladırma mərasimində diqqət mərkəzində olub.

Bodi və uzun boğazlı çəkmədə tədbirə gedən Səmra şəklini 87 minlik izləyicisi olan İnstaqram səhifəsində paylaşıb.

Sənətçi fotosuna maraqlı şərh də yazıb:

“Fikirləşdim ki, konsert qızlar üçündür, sərbəst geyindim. Guya başqa vaxt çox vecimədir”.
Səmranın fotosuna bir saatda 2 mindən çox bəyəni gəlib. Onun qalmaqallı şəkli bu dəfə də müzakirələrə səbəb olub. Bəziləri onun çox seksual göründüyünü desə də, bir çoxları tənqid edib.

Dosye.org

COMMENTS