“Sən ona belə qovuşmamalıydın”

Millət vəkili Qənirə Paşayeva gənc müğənni Sura Əsgərlinin intiharına münasibət bildirib.

Dosye.org xəbər verir ki, deputat bu barədə şəxsi facebook hesabında yazıb.

“Sura sən ona belə qovuşmamalıydın. Bu cür faciəli ölümünlə bizi, nə qədər insanı üzdün, şoka saldın. Hələ də nə Tünzalə xanım, nə mən özümüzə gələ bilmirik. Axı nədən? Ağıllı, istedadlı, inanclı, Allahı bu qədər sevən, yaradılanı bu qədər sevən mələk kimi bir qız idin, nədən intihar etdin anlamırıq. Bilirəm, çox sediyin Rəbbim özü səni bağışlayacaq. Amma arxanda nə qədər gözyaşı qoydun Sura bir bilsən… Hələ nə qədər gözəl şeirlər doğulacaqdı, hələ nə qədər gözəl mahnılar oxuyacaqdın, biz də sevinəcəkdik. Dəyərli dostum Tünzaləyə təşəkkür edirəm ki, səni kəşf etmişdi, əlindən tutub sənətə gətirmişdi, şeirinə “Qovuş Ona” ya gözəl bir musiqi yazmışdı və birlikdə ifa edərək səni Azərbaycan insanına yaxından tanıtmışdı. Bir az öncə Tünzalə ilə danışdıq. Sənin ölümündən o qədər sarsılıb ki, təskinlik vermək üçün söz tapmaqda belə çətinlik çəkirdim. Nədən, Sura? Çox sevirdim bu mahnını, klipi. İndi necə dinləyəcəyik, necə baxacayıq ona… Bu intihar və son zamanlar gənc insablar arasında artan intiharlar hamımızı ciddi düşündürməlidir və nələrsə etməliyik. Suranın ailəsinin yaşadığı böyük dərdini anlayır, Suraya Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirik. Sən xatirələrdə “Qovuş Ona” ilə qalacaqsan və mən inanıram ki, sən çox sevdiyin Ona qovuşmusan…”

COMMENTS