Sərdar Cəlaloğlu jurnalistlərin müdafiəsinə qalxdı

Sərdar Cəlaloğlu: “Hərbi sirlərin yayılmasına görə məsuliyyət bu sirri həmin jurnalistə verən şəxslər daşıyır”

 

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında mediada hərbi sirr sayıla biləcək məlumatların işıqlandırılması və buna görə nəzərdə tutulan məsuliyyətlə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Şübhəsiz, əgər jurnalist hərbi sirr sayılacaq bir informasiyanı əldə etməyi bacarıbsa, bu artıq sirr deyil. Sadəcə olaraq, jurnalistlərin özünün də bu strateji məsələlərə həssas yanaşması vacibdir.

 

Çünki bizim mətbuatı yalnız Azərbaycan oxucusu deyil, həm də Azərbaycanın düşmənləri izləyir. Bu məsələdə şübhəsiz ki, milli maraqları gözləmək lazımdır.

 

Təbii ki, orduda olan problemlər işıqlandırılmalıdır. Lakin bu problemlər elə formada işıqlandırılmalıdır ki, düşmənlərimizin əlində bizə təzyiq və təhdid vasitəsinə çevrilməsin. Təbbi ki, hərbi sirlərin yayılmasına görə məsuliyyət bu sirri həmin jurnalistə verən şəxslər daşıyır. Jurnalist əlinə keçən informasiyanı yaymaqda azaddır”.

COMMENTS