Sərhəddəki əhaliyə silah paylayaq – Erməni deputat

Sərhəddəki əhaliyə silah paylayaq – Erməni deputat

Müstəqil deputat Sergey Baqratyan sərhəd icmalarının sakinlərinə silaha sahib olmağa və onlardan istifadə etməyə imkan verən qanun layihəsi hazırlayıb.

Deputat bu barədə parlamentin bugünkü iclasında danışıb.
Baqratyan həmkarlarına sərhəd icmalarının sakinlərinə döyüş silahı paylamaq təklifi ilə müraciət edib.
O, artıq qanun layihəsi hazırladığını, digər parlamentarilərin təkliflərini dinləməyə və müzakirə etməyə hazır olduğunu bildirib:
“Vətəndaşların müəyyən hazırlıq kursunu keçdikdən sonra özünümüdafiə rejimlərində silahdan istifadə etmələri vacibdir. Sərhədlərlə bağlı qeyri-müəyyənlik olduğu müddətdə sərhəd bölgələrindəki insanlar stress altındadır və özlərini mühafizəsiz hiss edirlər”.
DOSYE.ORG

COMMENTS