Sərkisyan Qarabağda müşavirə keçirtdi

Dağlıq Qarabağda keçirilən hərbi təlimləri izləmək üçün Azərbaycanın işğal olunmuş torpaqlarına gələn Ermənistan prezidenti Serj Sərkisyan noyabrın 13-də işğalçı rejimin ordusunun komanda heyəti ilə müşavirə keçirib. 

 

“Qafqazinfo” “Media forum”a istinadən xəbər verir ki, Ermənistan prezidenti bəzi hərbi obyektlərin açılışına da qatılıb. Ermənistan Silahlı Qüvvələri və separatçı hərbi birləşmələrin noyabrın 6-da başlayan təlimlərinə 17 mindən artıq hərbi qulluqçu, 550 artilleriya qurğusu, 250 zirehli hərbi maşın, 150 hava hücumundan müdafiə sistemi, tank əleyhinə 330 texnika, 100-ü xüsusi təyinatlı olmaqla 1300 avtomobil cəlb edilib.

Noyabrın 12-də Azərbaycan ordusu işğalçı birləşmələrə məxsus hərbi vertolyotu məhv edib, üç erməni zabit həlak olub.

2008-ci ildə ilk dəfə prezident seçiləndən bəri Serj Sərkisyan 18-ci dəfədir Dağlıq Qarabağa gəlir. O, işğalçı müharibənin ən qanlı liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçıları hərbi qüvvələrinin komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

 

COMMENTS