Sərkisyanın qalmaqallı səfəri: Tiflisə xəbərdarlıq edilməlidir

Sərkisyanın qalmaqallı səfəri: Tiflisə xəbərdarlıq edilməlidir

Öz soykökünü Nuh peyğəmbərə qədər dayandırmaq və bu səcərəni bir dağın timsalında simvolizə etmək yalnız erməni xalqına xas “spesifik” xüsusiyyətdir. Bunu bütün erməni siyasi elitasının nümayəndələrində görə bilərsiz. Təsadüfi deyil ki, Ermənistan Prezidenti Armen Sərkisyan Tiflisə səfəri zaman xatirə kitabına ürək sözlərini, təəssüratını yazıb və erməni olduğu üçün təbii olaraq təxribatından da qalmayıb.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan Prezidenti Armen Sərkisyanın Gürcüstan səfəri çərçivəsində səbəb olduğu diplomatik qalmaqal haqda danışarən deyib.

Politoloq qeyd edib ki, başqalarının torpaqlarına iddia etmək, yad əraziləri “qədim erməni yurdu” adlandırmaq ermənilər üçün normal bir haldır:

“Prezidenti Armen Sərkisyanın Gürcüstan səfəri çərçivəsində xatirə kitabına ürək sözlərini ilə yanaşı, Türkiyə ərazisində yerləşən Ağrı dağının şəklini çəkməsi erməni xislətinin növbəti təcəssümüdür. Həqiqətən də ermənilər başlarına gələn müsibətlərdən dərs çıxarmayan bir xalqdır. 44 günlük müharibənin bitməsinin hələ ili tamam olmayıb. Armen Sərkisyan isə faktiki olaraq xatirə kitabına Ağrı dağının şəklini çəkərək prezidenti olduğu Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının olduğunu açıq-aşkar bəyan etmiş oldu.

Ermənistan Prezidenti Armen Sərkisyanın bu davranışını hardasa anlamaq olar. Çünki bu millət və onun liderlərinin təfəkkürü xəstədir. Lakin Gürcüstan Prezidenti Salome Zurabişvilinin bu təxribatçı şəkli paylaşması heç də yaxşı hal deyil. Azərbaycan və Türkiyə investisiyalarından asılı olan bir ölkənin dövlət başçısı belə bir hərəkəti etməməlidir. Digər tərəfdən, bu gün Ermənistanın Türkiyə, Azərbaycan qədər, Gürcüstana da ərazi iddiaları var.

Samtsxe-Cavaxeti Cənubi Qafqazın yeni münaqişə ocaqlarından hesab olunur. Bunu məgər Gürcüstan Prezidenti Salome Zurabişvili bilmir? Düşünürəm, bu məsələ həm rəsmi Bakı, həm də Ankara səviyyəsində ciddi qəbul edilməli və rəsmi Tiflisə xəbərdarlıq edilməlidir”.

DOSYE.ORG

COMMENTS