Sərxoş halda yük maşını sürən şəxs həbs edildi – Foto

Sərxoş halda yük maşını sürən şəxs həbs edildi – Foto

Şabranda sürücü sərxoş halda karantin qaydalarını pozub.

Daxili İşlər Nazirliyinin (DİN)  Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində xidmətdə olarkən sərxoş halda yük avtomobili idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.

Belə ki, Hacıqabul rayonunun Atbulaq kənd sakini Babək Güləliyev idarə etdiyi yük avtomobili ilə saxlanılıb və onun spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyən edilib.

Saxlanılan zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmayıb.

Həmin sürücü barəsində Şabran RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilib.

B.Güləliyev Şabran Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 15 gün müddətində həbs edilib.

DOSYE.ORG

Sərxoş halda yük maşını sürən şəxs həbs edildi - Foto

COMMENTS