Səxavət Əlisoy: “Saxtakar başqansan”

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya rəhbərliyini yenidən tənqid edib.

 

Modern.az saytının məlumatına görə Səxavət Əlisoy bu barədə özünün facebook səhifəsində yazıb.

“Hacılıya xatırlatma” başlıqlı qeyddə Müsavat başqanı Arif Hacılı kəskin şəkildə tənqid edilib: 

“1. Qurultayın nəticələrini tanımıram və bu o deməkdir ki, nə sənin başqanlığını, nə divanını, nə məclisini, nə də MNTK-nı legitim hesab edirəm,

2.  Qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud, şiddətli töhmət alacağı barədə qərarın KİM tərəfindən verildiyini, “divanınızın” hansı kabinetdə keçirildiyini də bilirik və bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik,

3.  Sən adını Müsavat Partiyası tarixinə “SAXTAKAR BAŞQAN” kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavat Partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir,

<p” style=”font-family: tahoma; line-height: normal;”><p”><p”>

4.  Sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən və bu o anlama gələ bilməz ki, səni (saxtakarlığı) qəbul etməyənlər susmağa vadar olacaq, əmin ol, belə bir şey baş verməyəcək, nədən ki, hədəfin növbədənkənar qurultay olması barədə mübarizəyə start verilib,

5.  Feysbukda baş dirijoru olduğun “instrumental ansamblın” üzvlərinin sənə biyyət etməyənlərə qarşı təhqir və təhdidlərinə son qoydur (biz lap yaxın zamanda birtərəfli qaydada moratorium elan edəcəyik), çünki elə bir bumeranq effekti yaranar ki, utandığından başını qaldıra bilməzsən,

6. Sən və tərəfdarların heç bir zaman Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz. Unutma, indi 1937 yox, 2014-ci ildir”.

COMMENTS