Ukraynanın Odessa vilayət administrasiyasına Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin daha bir silahdaşı gələ bilər .
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Odessa regionunda korrupsiyaya qarşı mübarizəyə cavabdeh olacaq həmin şəxs iyunun 23-də həmin vəzifəyə təyin olunacaq.
“Vesti.ua”nın məlumatına görə, bu vəzifəni Gürcüstanın keçmiş baş prokuroru Zurab Adeişvili tutacaq.
42 yaşlı Zurab Adeişvili 2003-cü ildəki “qızılgül inqilabı”ndan sonra Gürcüstanın ədliyyə naziri postunu tutub. 2004-cü ildə dövlət təhlükəsizlik naziri təyin edilib, sonradan Gürcüstanın baş prokuroru olub və 2008-ci ilin yanvar ayına qədər bu vəzifədə işləyib.
Adeişvili 2008-ci ildə prezident Mixail Saakaşvilinin administrasiyasına rəhbərlik edib. 2008-ci ilin sonlarından 2012-ci ilədək yenidən Gürcüstanın ədliyyə naziri vəzifəsinə qayıdıb.
Qeyd edək ki, Odessa vilayətinin milis rəisi 2015-ci il iyun ayında Gürcüstanən keçmiş daxili işlər naziri Qeorqi Lordkipanidze təyin edilib.
COMMENTS