Saakaşvili Gürcüstana dönəcəyi vaxtı açıqladı

Saakaşvili Gürcüstana dönəcəyi vaxtı açıqladı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2020-ci ilin parlament seçkisinə qədər Gürcüstana geri dönəcəyini bildirib.

Axar.az xəbər verir ki, bunu Saakaşvili “Mtavari Arxi” televiziyasına müsahibəsində deyib.

“Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlədəsi heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, amma biz vətənimizi itiririk”, – deyə o bildirib.

Saakaşvili gürcü xalqıyla birgə Bidzina İvanişvilinin Gürcüstandakı hakimiyyətinə son qoyacağını deyib:

“Mən gürcü xalqıyla birgəyəm. Mən siyasətçi deyiləm, mən müasir gürcü dövlətçiliyinin təsisçisiyəm, Gürcüstan vətənpərvəriyəm. Məni Gürcüstanda tutub-tutmayacaqları xalqdan asılıdır. Mən Ukraynada həbsdən qorxmadım, öz ölkəmdə də qorxmuram”.

DOSYE.ORG

COMMENTS