Saakaşvili Gürcüstana qayıdacağına söz verdi

Saakaşvili Gürcüstana qayıdacağına söz verdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün respublikaya qayıdacaq.

Bu barədə RTVi məlumat yayıb.

“Düşünürəm ki, payızda keçiriləcək prezident seçkilərinə qədər qayıdacağam. Əminəm ki, Bidzina İvanişvili seçkilərdə məğlub olacaq. Əlbəttə, o, seçkiləri saxtalaşdıracaq. Lakin bu onda alınmayacaq”, – deyə siyasətçi telekanala verdiyi müsahibədə bildirib.

Həmçinin Saakaşvili Valeriy Gelaşvilinin döyülməsinə heç bir aidiyyətinin olmadığını bildirib.

Daha əvvəl Gürcüstan məhkəməsi qiyabi olaraq Saakaşvilini altı il müddətinə azadlıqdan məhrum edib. Belə ki, o, 2005-ci ildə deputat Valeriy Gelaşviliyə hücumda ittiham edilib.

Dosye.org

COMMENTS