Saatlıda 39 yaşlı qadın bıçaqlandı

Saatlıda 39 yaşlı qadın bıçaqlandı

Saatlı rayonunda bıçaqlanma olub.

“Report” xəbər verir ki, rayonun Seyidlər kəndində 1980-ci il təvəllüdlü yerli sakin Hüseynova Əsmət Niyam qızı bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra yaralı Cərrahiyyə şöbəsinə yerləşdirilib. Bıçaqlanma hadisəsinin necə və hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS