Saatlıda başçının ikinci müavini ara qatmaqla məşğuldur- ŞOK

Saatlıda başçının ikinci müavini ara qatmaqla məşğuldur- ŞOK

Saatlı rayonu Azadkənd bələdiyyəsi ilə bağlı yaşanan özbaşınalıqlar öz həllini tapmaq üzrədir.

Bu barədə “DOSYE.ORG”- a müraciət edən bir qrup kənd sakini bildirir ki, haqq ədalətn qərqərar olacağına əmindirlər. Nəzərinizə çatdıraq ki, Saatlı rayon icra hakimiyyətinin ikinci müavini Gündüz Səmədli və Azadkənd bələdiyyə sədri Fuad Rəhimov kənd sakinlərinin örüş torpaq sahələrini muxtəlif insanlara icarəyə verib.

Bundan hiddətlənən narazı sakinlər məsələni hüquqi müstəvidə həll etməyə çalışıblar. Ədaləti bərqərar edən bütün məhkəmə orqanları dövlətin qanunlarını rəhbər tutaraq həmən torpaqların təcili kənd sakinlərinin ixtiyarına verilməsinə dair qərar qəbul ediblər. Lakin Saatlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov məhkəmə qərarlarını icra etmək əvəzinə, Şirvan şəhər Apelasiya məhkəməsinə zəng edərək qərarı icra etmək gücündə olmadığını bildirir. Məhkəmədən isə şöbə rəisinə göstəriş verilir ki, qərar icra olunmalıdır. Əks təqdirdə rəhbərliyə müraciət edilməlidir. Görünən odur ki, ya icra şöbəsi ışini icra edə bilmir, ya da sifariş olduğu üçün ikinci variantı daha məqbul hesab edir.

Digər bir fakt ondan ibarətdir ki, başçının ikincı müavini, el dili ilə desək, “topa güllə qoyan” Gündüz Səmədli qanunları tapdaq altına ataraq öz şəxsi mənafeyini güdür desək yanılmarıq. Daha bir versiya ondan ibarətdir ki, G. Səmədli ola bilər ki, kimlərinsə dəyirmanına su tökür və sakinləri icra başçısından, eyni zamanda dövlətdən narazı salmağa çalışır. Əlbətdə ki, Müstəqil Azərbaycanımızın qütrətli Ali Baş Komandanı cənab İlham Əliyev kimi rəhbəri var. Heç bir qüvvə, heç bir kalon ölkə vətəndaşını öz dövlətindən narazı sala bilməz.

İndicə aldığımız məlumata görə, yenidən bələdiyyə sədri Fuad Rəhimov və başçının ikinci müavini Gündüz Səmədli bir qrup icaradarları toplayaraq icra başçısı ilə üz-üzə qoymağa çalışırlar. Mövzü diqqətimizdədir.

DOSYE.ORG

COMMENTS