Saatlıda RƏZALƏT: Məhkəmə qərarları icra olunmur, amma araşdırılır-BİABIRÇILIQ

Saatlıda RƏZALƏT: Məhkəmə qərarları icra olunmur, amma araşdırılır-BİABIRÇILIQ

Ötən yazılarımızda Saatlı rayon Azadkənd sakinlərinin haqlı narazılıqlarını dərc etmişdik.

Bir daha xatırladaq ki, bir qrup rayon sakini DOSYE.ORG saytın elektron ünvanına şikayət xarakterli məktub ünvanlayaraq bildiriblər ki, örüş sahələri onların əlindən alınaraq müxtəlif insanlara icarəyə verilib. Baş verən hadisə ilə bağlı dəfələrlə aidiyyəti üzrə qrumlara müraciət olunsada heç bir tədbir görülməmişdir. Əksinə, bələdiyyə sədri Fuad Rəhmanov kənd sakinlərini hədələməklə onları haqqlı yoldan geri çəkilməyə məcbur etməyə çalışıb. Kimdir bələdiyyə sədri Fuad Rəhimov? Bu şəxs barəsində bütün faktları dərc Ədliyyə Nazirliyinə müraciət ediləcək. Növbəti araşdırılmalarımızda tanış ola bilərsiniz.

Bundan sonra Azadkənd sakinləri Abbasov Adəm İsmayıl oğlu, Ələsgərov Cəlal Məhəmməd oğlu, Abasov Əliquli Allahverdi oğlu və digərləri bir başa hüquqi müstəvidə həll etməyə çalışıblar. Məhkəmə orqanlarına üz tutan sakinlər dövlətin qanunları çərçivəsində sübütlarla örüş torpaqlarını qətnamə qərarı ilə geri qaytarılmasına nail olublar. İllər keçsədə əfsüslər olsun ki,  məhkəmə qətnaməsi icra olunmur. Saatlı Rayon İcra və Probasiya Şöbəsi məsüliyyətdən yayınmaq üçün güya məsələ araşdırılır. Əcəba, necə olur ki, icra şöbəsi məhkəmə qərarını araşdırır? İcra etmək əvəzinə araşdırır…

DOSYE.ORG olaraq bir daha məsələni kökündən araşdırmaq qərarına gəldik. Araşdırmalar zamanı məlum oldu ki, Saatlı rayonunda narazılıq yaradan, bir sözlə, rayon sakinlərini dövlət başçısının üzərinə göndərən şəxs başçının ikinci müavini Gündüz Səmədlidir. Ona görə də adı hallanan müavinlə telefon əlaqə yaratdıq. Özünü sığortalamağa çalışan G. Səmədli suallarımızı cavablandırmaq əvəzinə sakinlərə iradını bildirdi. Təəsüflər olsun ki, bəzi rayon icra hakimiyyətlərində hələ də öz şəxsi mənafeylərini güdən, sakinləri prezidentdən narazı salan qara quvvələr yuxarı dairələrdədirlər. Maraqlı məqam budur ki, G. Səmədli hansı haqla vəzifəsindən sui-istifadə edir?

Digər bir fakt ondan ibarətdir ki, Satlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov məhkəmə qərarını icra etməkdən boyun qaçırır. Adı hallanan rəis də eyni ilə güya məsələnin araşdırıldığını söylədi. Görünən odur ki, bələdiyyə sədri Fuad Rəhmanov bütün istiqamətlərdə tədbirini görüb. Unutmaq lazım deyil ki, dövlətin etibarlı, güvəndiyi prezidenti cənab İlham Əliyev var. Ölkə başçısına müraciət edən sakinlər vurğulayırlar ki, haqları kobud şəkildə pozulub. Heç bir dövlət qrumu narazı sakinləri dinləmək belə istəmir. Ardı var.

Araşdırmalarımız davam edir.

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS