Saatlıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 14-də saat 7 radələrində Saatlı rayonunda rayon sakini Maarif Miriyev idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarında velosiped sürən həmyerlisi Yadigar Kazımovu vurub.
Xəstəxanaya yerləşdirilmiş Y.Kazımov mayın 20-də orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
COMMENTS