Sabah icra başçısının oğlunun məhkəməsidir

24 may 2016-cı il tarixində saat 15.50-da Ali Məhkəmədə Hakim İmran Hacıqayıbovun sədriliyi ilə “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru  Maqsud Mirzəyevin kassasiya şikayətinə baxılacaq.

Dosye.org xəbər verir ki, məhkəmə media üçün açıqdır və KİV nümayəndələri bu prosesdə iştirak edə bilər.

Xatırladaq ki, 2014-cü ilin sentyabrın 27-də Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib.

2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda“Mercedes” markalı avtomobili idarə edən Nəsimi Rayon İcra Hakimiyyətinin  icra başçısı Asif Əsgərovun ( Səbailin keçmiş icra başçısı)  oğlu İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin 2015-ci ilin  iyunun 29-da  Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci ildə İlham Əsgərli haqda çıxarıdığı 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasını dəyişərək, onun 3 il müddətinə  endirilməsi barədə qərar qəbul edib.

2015-ci il noyabrın 12-də isə  Sabunçu Rayon Məhkəməsi  cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə İlham Əsgərlinincəzadan azad edilməsi haqda qərar qəbul edib.

Maqsud Mirzəyev çıxarılan qərara etiraz edərək, şikayət ərizəsi ilə Ali Məhkəməyə müraciət edib.

Dosye.org

COMMENTS