Misli Premyer Liqasında 25-ci tur davam edir.
Qol.az xəbər verir ki, bu gün 2 matç keçirilib. “Səbail” doğma meydanda “Sumqayıt”la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Yeganə qolu 90+8-ci dəqiqədə penaltidən Terrens Tisdel vurub. “Sabah” isə “Kəpəz”i qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Bu, “Sabah”ın ardıcıl 2 məğlubiyyətdən sonra ilk qələbəsi olub. “Kəpəz”in isə ardıcıl 2 matçlıq qələbə seriyası qırılıb.
Qeyd edək ki, tura sabah oynanılacaq 2 görüşlə yekun vurulacaq.
4 mart (şənbə)
18:30. “Sabah” – “Kəpəz” – 2:0
Qol: Aleksey İsayev, 41, Anatoli Nuriyev, 90+4
Reallaşdırılmayan penalti: Aleksey İsayev, 41
Qırmızı vərəqələr: Abdullahi Şuaybu, 17-birbaşa qırmızı vərəqə (“Kəpəz”), Anatoli Nuriyev, 90+6-iki sarı vərəqə (“Sabah”)
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
“Bank Respublika Arena”
16:00. “Səbail” – “Sumqayıt” – 0:1
Qol: Terrens Tisdel, 90+8-pen
Qırmızı vərəqə: Qustavo de Fransa, 68 (“Səbail”)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
“ASCO Arena”
5 mart (bazar)
17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu
19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
“Bakcell Arena”
3 mart (cümə)
17:00. “Zirə” – “Şamaxı” – 2:2
COMMENTS