Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Tibb Universitetinə (ADTU) köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı keçirəcək.
Modern.az-ın məlumatına görə, sentyabrın 9-da keçiriləcək imtahandan sonra köçürülmə xarici ölkələrin tibb üzrə ali təhsil müəssisələrindən və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsindən baş tutacaq. İmtahanda iştirak etmək üçün TQDK tərəfindən sentyabrın 3-dən 5-dək tələbələrin qeydiyyatı aparıb və 36 tələbə müraciət edib.
Hər fənn üzrə 20 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur və suallar Tibb Universitetinin tədris proqramları əsasında hazırlanıb.
Test imtahanında hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar tələbənin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. Hər bir fənn üzrə topladığı balı 6-dan, ümumi balı isə 30-dan az olmayan tələbələrin biliyi məqbulla qiymətləndiriləcək.
COMMENTS