Sabah Ukraynadakı Azərbaycan vətəndaşları avtobusla Kiyevdən İstanbula təxliyə ediləcək

Sabah Ukraynadakı Azərbaycan vətəndaşları avtobusla Kiyevdən İstanbula təxliyə ediləcək

Kiyev-İstanbul reysinin biletləri Kiyev Azərbaycanlıları Konqresi tərəfindən ödəniləcək.

“Sabah – martın 6-da Kiyevdən avtobusla Türkiyənin İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır”.

Bu barədə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Rüfət Quliyev məlumat verib.

DOSYE.ORG xəbər verir ki, Kiyev-İstanbul reysinin biletləri Kiyev Azərbaycanlıları Konqresi tərəfindən ödəniləcək.

Deputat onu da vurğulayıb ki, İstanbuldan Bakıya yollanmaq istəyənlər öz hesablarına gedə biləcəklər.

COMMENTS