“Sabah” yeni transferi üçün nə qədər təzminat ödəyib?

“Sabah” yeni transferi üçün nə qədər təzminat ödəyib?

“Sabah”ın yeni transferi Mario Marina üçün ödədiyi təzminat  müəyyənləşib.

Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Bakı təmsilçisi 30 yaşlı bosniyalı yarımmüdafiəçi üçün Xorvatiyanın “Qoritsa” klubuna 100 min avro ödəyib.

“Qoritsa”nın idman direktoru Mindauqas Nikoliçyus bu keçidlə bağlı bildirib: “Marionun 30 yaşı var. Bu təklif onun xaricdə ciddi pul qazanması üçün sonuncu şans idi.  Amma biz də öz planımızı tamamladıq və keçidə görə pul qazandıq”.

Qeyd edək ki, “Sabah” Mario ilə 1.5 illik müqavilə imzalayıb. Bu transfer baş məşqçi Jelko Sopiçin istəyi ilə həyata keçirilib.

DOSYE.ORG

COMMENTS