Rusiyada erməni əsilli sabiq deputat, ABŞ-da gizlənən Aşot Eqiazaryan cəzasını ümumi rejimli müəssisədə çəkməklə 7 il azadlıqdan məhrum edilib.
“Report” “RBK”-a istinadən xəbər verir ki, o, 7 milyard rubl dəyərində fırıldaqçılıqda ittiham edilir.
Eqiazaryan ABŞ-da olduğundan hökm qiyabi çıxarılıb. Məhkəmə həmçinin ona 700 min rubl dəyərində cərimə kəsib.
Məhkəmə eləcə də onun qardaşı Artem Eqiazaryanın da 5 il müddətinə azadlıqdan məhrum edilməsi və 600 min rubl dəyərində cərimə edilməsi barədə hökm çıxarıb. Keçmiş deputatın köməkçisi və “Sentrion Alyans”ın rəhbəri də 4 il azadlıqdan məhrum ediliblər və onların hər biri 400 min rubl miqdarında cərimə olunublar.
Rusiyanın İstintaq Komitəsi Liberl Demokrat Partiyasının fraksiyasından olan keçmiş deputat Aşot Eqiazaryan barədə birinci cinayət işini 2010-cu ildə qaldırıb. Elə həmin ilin noyabrında Dövlət Duması onun toxunulmazlığının ləğvi ilə razılaşıb. Ümumilikdə ona qarşı 3 cinayət işi (2 cinayət işi 2010-cu ildə, daha 1 cinayət işi 2012-ci ildə) qaldırılıb. O, səhmlərin və nağd vəsaitlərin mənimsənilməsində təqsirləndirilib.
Dosye.org
COMMENTS