Sabiq şöbə müdiri icra hakimiyyətini məhkəməyə verdi

Sabiq şöbə müdiri icra hakimiyyətini məhkəməyə verdi

Gədəbəy Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.

Pravda.az-ın xəbərinə görə, vətəndaş Zülfüqar Firudin oğlu İsgəndərov icra hakimiyyəti ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciəti edib.

Əmək məsələləri – əməkhaqqının hesablanması ilə bağlı mübahisəli olan iş hakim Gülşən Əliyevanın icraatına verilib.

Qeyd edək ki, Z.İsgəndərov icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri olub.

COMMENTS