Azərbaycan dil qurumunun başqanı, millət vəkili Sabir Rüstəmxanlı gənclərlə bağlı çağırış edib.
Axar az xəbər verib ki, Azərbaycan Dil Qurumunun təşkilatçılığı ilə BMM-də ziyalıların iştirakıyla keçirilən tədbirdə soyad sonluqlarının dəyişdirilməsi üçün kampaniyaya start verdiyini açıqlayan Sabir Rüstəmxanlı gəncləri bu təşəbbüsə qoşulmağa çağırıb:
“Bu ili soyad sonluqlarının dəyişməsi ili elan edirik və bir il müddətində gəncləri bu təşəbbüsə qoşulmağa çağırırıq. Bütün hüquqi yardımları göstərməyə hazırıq. 23 ildir müstəqil olan bir ölkə vətəndaşı hələ də milli soyad sonluğunu qəbul etməyib. Heç olmasa, gənclər, gözünü müstəqil Azərbaycanda açanlar soyadlarını milli etsinlər”.
COMMENTS