Sabirabadda 3 kəndin əhalisi ayağa qalxdı- ETİRAZ AKSİYASI

Bu gün Sabirabadın Əsgərbəyli, Qasımbəyli və Yuxarı Axtaçı kəndlərinin 300-ə qədər sakini rayon mərkəzində toplaşaraq mərkəzi yolu bağlamağa cəhd ediblər. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı AXCP-nin Sabirabad rayon təşkilatının nümayəndələri Facebookda yayıblar. 

Olnarın məlumatına görə, aksiyaçıların tələbləri işıq puluna görə yazılan nahaq cərimələr olub. “Buna cərimə də demək olmaz. Çünki onlara smart-sayğaclar quraşdırarkən hər evə havadan 500 manatdan 1000 manata qədər və ondan da çox debütor borc yazırlar. Kim ödəməsə onlara işıq verilmir”.

Xəbərdə deyilir ki, icra başçısı Nazim İsmayılov onların nümayəndələrini qəbul edib. “İcra başçısı, guya, Bakıdan mütəxəssis çağırıb hər şeyi ədalətlə həll edəcəyini deyib. Bununla onlara yalan vədlər verərək yola salıb”.

COMMENTS