Sabirabadda dəhşətli hadisə: Qohumunu öldürdü, özünü güllələdi

Sabirabadda dəhşətli hadisə baş verib.

APA-nın Mil Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.

Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

COMMENTS