Sabirabadda qatar 36 yaşlı kişini vurub öldürdü

Sabirabadda qatar 36 yaşlı kişini vurub öldürdü

Sabirabad rayonunda qatar 36 yaşlı kişini vuraraq öldürüb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Zalqaraağac kəndi ərazisindən keçən dəmir yol xəttində baş verib.

Qatar kənd sakini, 1982-ci il təvəllüdlü Cavadov Rahil Əlihüseyn oğlunu vurub.   Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Cavadovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Dosye.org

COMMENTS