Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub. Hadisə rayonun Qaragüney kəndində baş verib.
Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər – Sabirabad sakini, 1980-ci il təvəllüdlü
Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır/APA
Dosye.org
COMMENTS