Sabirabaddakı qəzada iki nəfər xəsarət alıb

Sabirabaddakı qəzada iki nəfər xəsarət alıb

Sabirabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Xəlifəli kəndində qeydə alınıb.

“KIA Rio” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan Sabirabad sakinləri, 1989-cu il təvəllüdlü Elvin Kamil oğlu Həsənov və 1982-ci il təvəllüdlü Pərvanə Kamil qızı Tapdıqova müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS