Sabiq icra başçısından Nazim İbrahimova irad

Sabiq icra başçısından Nazim İbrahimova irad

Xətai rayonunun sabiq icra başçısı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova yenidən müraciət edib.

 

Azvision.az xəbər verir ki, Z.Məmmədli Nazim İbrahimova ünvanladığı sorğuların cavabsız qalmasından şikayətlənib: “Cənab komitə sədri, sizə etdiyimiz rəsmi müraciətlərdən hələ ki, xəbər yoxdur. Bu müraciət həm də sayca 6-cı olmalıdır. Vaxt daralıb. 3 avqust 20 minə yaxın soydaşımız qonaqlarla birlikdə Cənubi Qafqazda soydaşlarımızın unikal icadı olan “Borçalı Türklərinin Elat Mədəniyyəti günü” tədbirinə hazırlaşırlar. Nə zamansa Gürcüstanda yaşayan soydaşlarımıza nəzər yetirə biləcəksinizmi? Bağışlayasınız gərək.

Susqunluğunuz və görməməzliyiniz məni sosial şəbəkə ilə müraciət etmək məcburiyyətində qoydu. Ramazan bayramınız mübarək, imanınız kamil olsun!”.

COMMENTS