Sabunçu rayonunda müəllimə vəhşicəsinə döyüldü

Yeni dərs ili ərəfəsində yaşadığı evdən qovulan Q.Mehdiyeva “Təmiz dünya” İctimai Birlyinin sığınacağını da tərk etmək məcburiyyətindədir.

 

Dosye.org İntepress.az-a istinadən xəbər verir ki, bacısı oğlu tərəfindən döyülərək atasına məxsus evi tərk etmək məcburiyyətində qalan müəllim 5 aydır ki, sığınacaqda yaşayır.

 

Sığınacaqdan İnterpress.az-a veriləm məlumata görə, Q.Mehdiyeva atasından ona miras qalan evdə daha sonradan bacısı və bacısı oğlu ilə birlikdə yaşayıb.

 

Ancaq bacısının ailəsi onu 5 otaqlı evdən çıxarmağa çalışıb. Mübahisə zamanı bacısı oğlu tərəfindən döyülən Qənirə Mehdyeva polisə müraciət edib və sığınacağa yerləşdirilib.

 

Məsələ ilə bağlı Sabunçu rayon Məhkəməsinə müraciət edən Q.Mehdiyeva sığınacaqda yaşamaq üçün qanunla nəzərdə tutulan 10 günılük müddəti çoxdan bitirib: “Sentyabrın 15-də yeni dərs ili başlayacaq.

 

Sığınacağı tərk etməlidir, çünki artıq 5 aydır ki, burda qalır. İşlədiyi məktəb Sabunçu rayonunda yerləşir. Hər gün sığınacaqdan məktəbə qədər olan uzun məsafəni qət etmək həm maddi, həm də zaman baxımından çox çətindir.

 

Müəllim olduqca pis durumdadir, evinə gedə bilmir. Bir dəfə polis müşaiyəti ilə evinə gedib, o zamandan bəri evinə də baş çəkə bilmir. Ümid edirik ki, Təhsil Nazirliyi müəllimin durumuna biganə qalmayacaq”.

COMMENTS