Top.Mail.Ru

ŞAD XƏBƏR: Xüsusi uçuşlar başlayır

ŞAD XƏBƏR: Xüsusi uçuşlar başlayır

Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi uçuşlarına başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb.

Bildirilib ki, uçuşlar çərşənbə və cümə olmaqla həftədə 2 dəfə planlanıbdır və AnadoluJet markası ilə həyata keçiriləcək.

Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq. Bakı – Ankara – Bakı reysinə bileti www.anadolujet.com web səhifəsinə və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankara uçuşlarımızda tələbə endiriminin keçərli olduğunu və tətbiq edilə bilinəcəyini xüsusiylə qeyd etmək istəyirik.

Əlavə olaraq, Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

DOSYE.ORG

COMMENTS