“SƏADƏT” serialı və ya Azərbaydanda yeni kino sənəti…

Azərbaycan kino sənəti mövcud olduğu yüz ildən artıq dövr ərzində zəngin bir yol keçmişdir.

 

Neft Bakısına həsr olunmuş kiçik həcmli xronikal sujetlər ölkəmizdə kino sənətinin təşəkkülündən xəbər verən ilk nümunələr olmuşdur. Kino incəsənətin geniş yayılmış növlərindən biri kimi bu gün milli-mənəvi dəyərlərin təbliğində və xalqımızın milli özünüdərkinin möhkəmləndirilməsi işində əvəzsiz rol oynayır. Məhz bu baxımdan kinematoqrafiyanın istehsalat, texniki və informasiya bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə maarifləndirmə işinin təşkili Azərbaycan dövlətinin mədəniyyət sahəsinin tərkib hissələrindəndir.

Milli kinematoqrafiyanın spesifikasını özündə qabarıq şəkildə əks etdirən müxtəlif janrlı filmlərin yaradılması ölkəmizdə mərhələli inkişaf prosesi keçmişdir
Dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə də Azərbaycan kinematoqrafiyası müəyyən uğurlar qazana bilmişdir. Onun nəticəsidir ki, bu bizim incəsənətimizdə çoxlu gənclər vardır ki, onlar həm rejissor, həm aktyor kimi çox gözəl,peşəkar kino sənəti ilə televizya məkanında öz fəaliyyətləri ilə yeni obrazlarla qarşımıza çıxmağa müvəffəq olurlar…. Mən bu yaxınlarda SPASE televiziyasında yayımlanacaq SƏADƏT serialının çəkilişinin bir seriyasını canlı-canlı izlədim. Düzü burda gənc rejissorlar diqqetimi çox çəkdi. İncəsənət və Mədəniyyət Universiretinin tələbələri, gənc rejissorlar, Xalq artisti Vaqif Mustafayevin tələbələri, Anar Məmmədəliyev və Elvin Rüstəmlinin bir gənc kadr olmları ilə yanaşə həm də professional rejissorluq bacarığı məni nə qədər təəccübləndirdisə o qədərdə sevindirdi. Bu gün yeni filmlərin, serialların çəkilişi başqa ölkələrlə müqayisədə bizdə yox dərəcəsində deyildir.. Anar Məmmədəliyev kimi professional və gənc rejissorun varlığı hələ çoxlu kinoların, serialların yarancağı, çəkiləcəyi deməkdir. Bu bizim ölkəmizin televiziya məkanı üçün, tamaşaçı istəyi üçün çox önəmlidir. Serialda baş rolları oynayan aktyorlardan, İlin Ən Yaxşı Aktyoru fəxri adına layiq görülən, bir çox seriallarda,komik obrazlarla yaddaşımıza həkk olunan aktyor Rövşən Bağırov və digər aktrisalar Rəna Ağamuradova, Samirə Cavanşir də baş rolların qəhrəmanları olaraq mükəmməl obraz yaratmaq gücündə görünürdülər. Filmin bədii rəhbəri, Vüqar Təhməzovun da seenaristlər, Tural Bakuvi və Ramal Rəsulun hələ çoxlu uğurları ilə qarşılaşıb, baxımlı, düşündürücü, kütləni cəlb edecek seriallarını izləməyə müvəffəq olacağıməza əminəm.
Azərbaycnda kino sənətini inkişaf etdirmək,seral çəkilişlərini genişləndirmək. maraqlı sujet yartmaq, filmlər hətta dedektiv filmler çekib tamaşaçıya çatdırmaq larzımdır. Düşünürəm ki, bu gün vətənpərvərlik mövzusunda daha çox filmlərin çəkilməyinə ehtiyac vardır. İnşallah rejissorlarımız daha gözəl senaristlərə müraciət edəcək daha maraqlı filmleri efirlərə gətirib böyük bir tamaşaçı kütləsinin rəğbətini qazncaqdır… Bu serialların çəkilməyi, efirlərdə görünməyi bəlkə də bir başlanğıcdır. Bu qədər istedadlı incəsənət nümayəndələrimizin olduğu halda onlardan daha gözəl filmlər, obrazlar seyr edəcəyimizə əminəm. Beləliklə düşünürəm ki, “SƏADƏT” serialı da tamaşaçıların diqqətini çəkəcək, seviləcək… Uğurlr arzulayır və ardıcıllıq arzularımla…

 

 

COMMENTS